Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARDNŞ şirkətə işə düzəlmək istəyən insanlara xəbərdarlıq etdi

Bəzi işbazlar tərəfindən ayrı-ayrı vətəndaşların işə düzəldilmək adı ilə aldadılması faktları qeydə alınıb

Son dövrdə ARDNŞ-in qazandığı nailiyyətlərdən və xalq arasında nüfuzunun artmasından istifadə edən bəzi işbazlar tərəfindən ayrı-ayrı vətəndaşların işə düzəldilmək adı ilə aldadılması faktları qeydə alınıb. ARDNŞ-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu günlərdə Bakının Keşlə qəsəbəsində, Qasım bəy Zakir küçəsi, 24 ünvanında yaşayan Səfərov Elmin Namaz oğlu ARDNŞ-ə müraciət edərək Gülüşov Rizvan Mətləb oğlu tərəfindən aldadıldığını, şirkətin Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsinə fəhlə vəzifəsinə işə düzəltmək adı ilə ondan və həmkəndlisi Zaur Quliyevdən müəyyən məbləğdə pul alındığını bildirib. 

“Neft Daşları” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi vəzifəsində çalışan Rizvan Gülüşov bu məsələ ilə bağlı verdiyi izahatda Elmin Səfərovu və Zaur Quliyevi işə düzəltmək adı ilə aldadaraq onların etibarından sui-istifadə edib pul aldığını etiraf edib. ARDNŞ rəhbərliyi Rizvan Mətləb oğlu Gülüşovun əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olduğu üçün daxili təhqiqat zamanı toplanmış materialları onun əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına təqdim edib.

Vətəndaşları ARDNŞ-in idarə və müəssisələrinə işə düzəltmək adı ilə yol verilmiş dələduzluq faktları əvvəllər də qeydə alınıb. Bir müddət əvvəl şirkətin Kompleks Qazma İşləri Trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Mehdiyev Fərhad Mehdi oğlunun 2 nəfərdən pul alaraq, onları “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində işə düzəltməsi haqda şikayətlər ARDNŞ-nin Baş ofisinin Audit Departamenti tərəfindən səlahiyyətləri çərçivəsində araşdırılıb, onun izahatı alınaraq müvafiq hüquq-mühafizə orqanına göndərilib. Fərhad Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması təmin olunub və barəsində toplanmış cinayət işinin materialları baxılmaq üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

ARDNŞ bundan sonra da belə hallara qarşı qətiyyətlə mübarizə aparacaq. ARDNŞ bir daha ölkə vətəndaşlarının nəzərinə çatdırır ki, onun idarə və müəssisələrində işə düzəltmək haqqında verilən vədlərə aldanaraq fırıldaqçı əməllərin girovuna çevrilməsinlər. ARDNŞ-ə işə qəbul yalnız və yalnız vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik, bacarıq və səriştəsi şirkətin İnsan Resursları Departamenti tərəfindən yoxlanılmaq şərti ilə həyata keçirilir və bu prosesdə iddiaçıların peşə keyfiyyətləri həlledici rol oynayır.






23 Avqust, 2011  23:31 Baxılıb: 1054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner