Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bir daha məktəbli forması barədə

Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi təkzib etdi

Bakıda 340 minə yaxın məktəbli vahid məktəbli geyimindən istifadə edəcək. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, vahid məktəbli geyimləri I-VI və VII-XI siniflər üçün olmaqla iki formada tikilib: “Təhsil müəssisələrinin rəhbərlərinə bir daha tapşırılıb ki, kimlərin geyimləri varsa, onların yenidən geyim almasına ehtiyac yoxdur. Bakı Tikiş Evinin satış mərkəzləri demək olar bütün rayonlarda fəaliyyət göstərir. Bu mərkəzlərin ünvanlarını valideynlər məktəblərdən əldə edə bilərlər. Direktorlara qəti şəkildə tapşırılıb ki, məktəblərdə məktəbli geyiminin satışı təşkil oluna bilməz. Bu, qəti qadağandır. Əgər valideynlərin məktəbli geyimləri ilə bağlı hər hansı şikayətləri olarsa, BŞTİ-də fəaliyyət göstərən 441 06 99 saylı “Qaynaq xətt”ə müraciət etsinlər”.

Z. Əliqızı məktəbli geyimləri ilə bağlı bütün suallara aydınlıq gətirilməsi üçün bu həftə ərzində Bakı Tikiş Evi ilə birgə mətbuat konfransı keçiriləcəyini də deyib.

Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov isə APA-ya açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum orta məktəblərdə istifadə olunacaq geyimlərin 90 faizindən çoxunu tikib: “Ümumilikdə 200 mindən çox geyim tikilib. Hazırda anbarlarda 80 mindən çox geyim var. Adətən valideynlər geyimləri dərs ilinin başlanmasına lap az qalmış alırlar. Buna görə də basabas düşür”.

F. Rəhimov müəyyən ölçülü məktəbli geyimlərinin çatışmaması ilə bağlı səslənən fikirlərlə razılaşmayıb: “Bizim mağazalarda 26 ölçüdən 54 ölçüyə qədər bütün ölçülərdə geyimlər var. 140 mindən artıq geyim böyük ölçüdə, qalanları isə kiçik ölçülərdə tikilib. Elə uşaqlar var ki, 4-cü sinifdə oxusalar da, 54 ölçüdə paltar geyinirlər. Belə halda Bakı Tikiş Evinin xüsusi ustaları onlar üçün fərdi paltarlar tikir”.

F. Rəhimov məktəbli geyimlərini satmaq üçün hazırda Bakının bütün rayonlarında mağazaların və ticarət yarmarkalarında səyyar satış məntəqələrinin olduğunu deyib.






23 Avqust, 2011  19:48 Baxılıb: 1169 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner