Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BU GÜN QƏDR GECƏSİDİR

Gecəni səhərə qədər oyaq qalmaq və ibadət etmək suab sayılır

Ramazanın 22-dən 23-nə keçən gecə üçüncü, sonuncu ehtimal edilən Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır. Yenə də hədislərə əsasən, məhz bu gecənin Qədr gecəsi olmağı daha çox ehtimal edilir. Əgər Ramazan 11 ayı sultanı sayılırsa, Qədr gecəsi də Ramazan ayının sultanıdır.

Bu gecələri səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Müsəlmanlar beləcə Qurana, Allahın buyruqlarına dərin ehtiramlarını nümayiş etdirirlər, eyni zamanda 1000 aydan xeyirli bir gecənin fəzilətlərindən yararlanmağa çalışırlar.

Bu gecələr həmçinin İmam Əli (ə.s) ilə bağlıdır. Həzrət Əli (ə.s) ehtimal edilən birinci Qədr gecəsi məsciddə ibadət edərkən qılınc zərbəsi alıb, ikinci gecədə dünyasını dəyişib. Bu gecələr müsəlmanlar birinci imamlarına da matəm saxlayır, onun qatilini lənətləyirlər.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. 2 rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Allah orucunuzu qəbul etsin!

SalamNews-un məlumatına görə, bu axşam iftar Bakı vaxtı ilə saat 20.47-də, sabah isə imsak saat 5.22-də olacaq.

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Ramazan ayının 22-ci gününün duası: "Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də’vətil-muztərrin".

Tərcüməsi: "İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!"






23 Avqust, 2011  14:33 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner