Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MƏKTƏBLƏRDƏ PAYIZ BURAXILIŞ İMTAHANLARININ VAXTI AÇIQLANDI

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq

2010/2011-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlanıb.

Təhsil Nazirliyindən bazar ertəsi verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrdə qeyd edilir ki, respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları 2-10 sentyabr tarixlərində saat 14:30-da keçiriləcək.

İmtahan Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında sentyabrın 2-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında sentyabrın 5-də, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-də, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da olacaq.

Bakı şəhərində imtahan sentyabrın 10-da keçiriləcək.

İşğal altında olan rayonların ərazilərində yerləşən ümumtəhsil məktəbləri üçün buraxılış imtahanı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəblərində bu əmrlə müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.

Əmrdə qeyd olunub ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin direktorlarına ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin məlumatlandırılması işini təşkil etmək tapşırılıb.






22 Avqust, 2011  15:43 Baxılıb: 1061 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner