Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov direktorları ciddi tənqid etdi

Nazir yarıtmaz kadr siyasətindən danışdı

« Müsbət haldır ki, müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49 nəfəri respublikanın, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunmuşlar ». Simsar.az saytının məlumatına görə, bur barədə təhsil naziri Misir Mərdanovun imzaladığı təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında sənəddə bildirilib .

Nazir bildirib ki, 2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilib.

2011-2012-ci dərs ilini 12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə qarşılayacaq. Bundan başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, 2011-ci ildə 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, keçən dərs ilində 27 min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından keçirilib, 180 ümumtəhsil məktəbinə 1733 ədəd kompüter, 148 məktəbə 402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə 30 printer verilib, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 503-dən 1100-ə çatdırılıb.

« O da qeyd olunmalıdır ki, 2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3463170 nüsxə dərslik çap edilib. Onların 45 adda 1179750 nüsxəsi yeni fənn proqramları (kurikulumları) ilə işləyən ibtidai siniflər üçün nəzərdə tutulub»-deyə M.Mərdanov bildirib.

Nazir etiraf edib ki, bütün bunlarla yanaşı, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır.

"Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabatvermə, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalmışdır.
Rayon və şəhərlərdə bir sıra məktəb direktorları şagird kontingentinin sabit saxlanmasına laqeyd münasibət göstərir, xüsusilə yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər. Təhsildən yayınan şagirdlərin məktəb hesabatına daxil edilməklə adlarının sinif jurnalına yazılması faktları vardır ki, bu da son nəticədə maliyyə pozuntusuna gətirib çıxarır.
Əksər məktəblərdə şagird nailiyyətlərinin monitorinqinin təşkili yarıtmaz vəziyyətdədir. Ona görə də məktəb rəhbərlərindən bir çoxunun dərs illəri ərzində şagirdlərin təlim göstəricilərindən hətta xəbərləri belə olmur.
Məktəb şəbəkəsinin optimallaşdırılması sahəsində zəruri tədbirlərin görülməməsi, kadr siyasəti düzgün aparılmadığından məktəblərdə lüzumsuz olaraq xeyli artıq müəllim saxlanması, xüsusən, ibtidai sinif müəllimi sıxlığının yaranması, eləcə də aparat və metodkabinet əməkdaşlarının böyük əksəriyyətinin müasir təhsil innovasiyalarını mənimsəməməsi yerli təhsil orqanlarının fəaliyyətindəki ciddi qüsurlardan hesab edilir".

Qeyd olunanlarla əlaqədar mövcud vəziyyəti obyektiv qiymətləndirməklə 2011-2012-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə 2011-ci il 5-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək.

Nazirin imzaladığı əmrə əsaən, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək.

Konfransların plenar iclaslarında "2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə olunacaq.






19 Avqust, 2011  17:18 Baxılıb: 1226 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner