Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türk əsgərlərinə terror planlaşdıran PKK-çı danışdı

Fəhman Hüseyn bu cür terrorlarda ad çıxarıb

Türkiyənin milli təhlükəsizlik qüvvələri 8 əsgər və 1 keşikçinin şəhid edildiyi Hakkari-Çukurca yolundakı terror hücumunda əmri “Dr. Bahoz Ərdal” kod adlı PKK-nın keçmiş 2 nömrəli adamı Fəhman Hüseynin verdiyini müəyyən edib.

Simsar.az-ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, F.Hüseynin Hakkaridəki hücumu planlaşdıraraq bölgədə kəşfiyat apardığı, özünə tabe olan “xüsusi qüvvələr”dən ibarət qrupu hücum üçün göndərdiyi bildirilib. PKK-lı qrup öndə gedən karvan keçdikdən sonra içində xüsusi qrupların olduğu zirehli maşınları fasilələrlə partladıb. Terrorçular yüksək təpələrdən raketlər və ağır silahlardan zirehli maşınlara uzun müddət güllə yağdırıblar.

Təhlükəsizlik qüvvələri hücumu həyata keçirən və izləyən 20 nəfərlik bir qrupun Fəhman Hüseynə məlumat verməsi səbəbi ilə o, Türkiyənin sərhəddi yaxınlığından hücumu idarə etdiyi qənaətinə gəliblər.

F.Hüseyn Diyarbəkirdə 2008-ci ildə hərbi maşına yönəlmiş və 6 şagirdlə bərabər, 7 nəfərin öldüyü bombalı hücum ilə Hakkaridə Dağlıca və Aktütün hücumlarına da təlimat verən şəxs kimi tanınır.






19 Avqust, 2011  16:25 Baxılıb: 1057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner