Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

PKK-ya "bomba yağışı" davam edir

Bombardmanda MK-84 və MK-82 tipi bombalardan istifadə edilib.

Türk reaktivləri dünən gecə Qəndil dağlarına ikinci əhatəli hava hərəkatı təşkil edib. Diyarbakırda yerləşən 8-ci hərbi bazadan qalxan 181-ci hərbi hava qüvvələrinə aid olan və gecəgörmə texnologiyasına sahib 15 reaktiv təyyarə saat 21.30 radələrində havalanaraq PKK terrorçularının gizləndiyi güman olunan sığınacaqları bombalamağa başlayıb. Əməliyyat gecənin gec saatlarına qədər davam edib.


Türkiyə mediasının xəbərinə görə, F-16-lar daşıdıqları MK-82 və MK-84 tipi bombalarla Qəndil, Hakurk və Hinere bölgələrindəki PKK düşərgələrindəki strateji bazaları vurub. Hərbi qaynaqlar hava hərəkatının bu gün də davam edəcəyini bildirib.

Bombardmanda ağırlıqlı olaraq MK-84 və MK-82 tipi bombalardan istifadə edilib. ABŞ istehsalı olan bu iki bomba lazerlı idarə olunaraq atıla bilir və hədəfi sıfır səhvlə vurur. F-16 sursatları arasında ən ağır ziyan verən üç bombadan biri olaraq göstərilən MK-84-lər 15 metr genişliyində və 11 metr dərinliyində bir krater meydana gətirə bilirlər. 908 kiloqram ağırlığında və 3.3 metr uzunluğundakı bombanın partlayıcı başlığı 896 kiloqram ağırlığındadır.






19 Avqust, 2011  15:40 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner