Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT ŞAĞAN QƏSƏBƏSİNDƏ OLUB

Azərbaycan Prezidenti Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə yaxından tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub.

Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə yaxından tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinə qəsəbənin planı əsasında məlumat verdi.

Bildirildi ki, Şağanda 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib.
Abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşdü, onların arzu və təkliflərini dinlədi.

Sakinlər Şağan qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlət başçısına minnətdarlıq etdilər. Qəsəbə sakinləri Şağanda yeni mədəniyyət evinin inşa olunmasını və qəsəbədəki Fizuli Gözəlov adına 124 nömrəli orta məktəb binası üçün yeni korpusun tikilməsini Prezident İlham Əliyevdən xahiş etdilər.

Sakinlərlə görüşdən sonra dövlət başçısı 124 nömrəli orta məktəbə gedərək buradakı vəziyyətlə yerindəcə tanış oldu. Bildirildi ki, 520 şagird yerlik bu məktəbdə 800-ə yaxın şagird təhsil alır. Məktəbdə dərslər iki növbədə keçilir.

Buradakı şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin əsaslı şəkildə təmir olunmasını tapşırdı. Dövlət başçısı qəsəbədəki şagird sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yerlik yeni məktəb binasının inşa olunması ilə bağlı göstərişlərini verdi.






17 Avqust, 2011  20:41 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner