Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜHARİBƏ BAŞLASA ERMƏNİSTAN MƏĞLUB OLACAQ

“Qondarma “Dağlıq Qarabağ rejimi”nin «müdafiə naziri» Movses Akopyanın müharibə başlayacağı halda yenə qalib gələcəkləri barədə dedikləri reallığa qətiyyən uyğun gəlmir

Onlar vaxtaşırı bu cür çıxışlar edirlər. Lakin özləri də vəziyyətin tamam başqa şəkildə olduğunu anlamamış deyillər. Ona görə də belə boş və cəfəng bəyanatlarla yalnız daxili həyəcanı sakitləşdirməyə çalışırlar”. Bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.

Eldar Sabiroğlu deyib ki, indi həm Ermənistanın özündə, həm də işğal olunmuş ərazilərdəki hərbi hissələrdə baş verən ciddi çatışmazlıqlar əhali arasında böyük təşvişə səbəb olub. Ermənistan hökumətini və hərbi rəhbərliyini də narahat edən budur: “Ermənistanın informasiya mənbələrinə diqqət yetirsəniz, bizim dediklərimizin sübutunu orada aydın görə bilərsiniz. Onlar çox narahatdırlar, Azərbaycan Ordusunun inkişafından, əldə etdiyi yeni silahlardan qorxuya düşüblər. Ali Baş Komandanımız İlham Əliyevin şəxsi iradəsi ilə hərbi büdcəmizin ildən-ilə artırılması da düşmənin yuxusunu əməlli-başlı qaçırıb. Mənasız bəyanatların mahiyyəti də yalnız bununla bağlıdır. Həqiqətən, son illər ordumuz xeyli dərəcədə güclənib. Bunu təkcə biz yox, digər dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər”.

Nazirlik sözçüsü qeyd edib ki, bu günlərdə Böyük Britaniyadakı Beynəlxalq Araşdırma İnstitutunun açıqladığı hesabat düşmənə tutarlı cavab sayıla bilər. Onun sözlərinə görə, həmin hesabatda aparılan müqayisələr bütün parametrlər üzrə Azərbaycan Ordusunun Ermənistanın silahlı qüvvələrindən dəfələrlə üstün olduğunu bir daha göstərir: “Bu, bir həqiqətdir. Şəxsi heyətin döyüş qabiliyyətinin güclü olmasını da əlavə etsək, müharibənin başlayacağı təqdirdə Azərbaycanın Ermənistanı qısa müddətdə məğlub edəcəyi qaçılmazdır”.






17 Avqust, 2011  17:38 Baxılıb: 1154 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner