Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyə prezidenti iftar süfrəsi açıb

Şəhid ailələri və veteranlar üçün

Türkiyənin prezidenti Abdulla Gül ənənəvi olaraq yenə də ilk iftar süfrəsini şəhid ailələrinin və veteranların şərəfinə açıb.

SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, A.Gül "Dolmabaxça" Sarayında şəhidlərin yaxınları və veteranlarla görüşüb.

Türkiyə prezidenti onlara müraciətlə deyib: ''Şəhidlərimizin ağrısı həmişə ürəyimizdədir, şəhidlərimizi yalnız müəyyən günlərdə xatırlamırıq. Dövlətimizin hər təbəqəsində şəhidlərimizin və veteranlarımızın həmişə ayrı bir yeri var”.

A.Gül və həyat yoldaşı Hayrünnisa Gül sarayın “Has” baxçasında qurulan çadırda reallaşan yeməkdən əvvəl qonaqlarını tək-tək qarşılayıblar.

İftar yeməyindən əvvəl danışan prezident Gül həyat yoldaşı ilə birlikdə mübarək Ramazan günü qonaqlarla birlikdə iftarda olmaqdan böyük şərəf duyduğunu söyləyib.

İftarda Türkiyənin 39 vilayətindən gələn insanlar iştirak edib.






13 Avqust, 2011  15:08 Baxılıb: 919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner