Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Abdullah Gül Əsədə məsləhət verdi

Dünyadakı dəyişikliyə əngəl olan deyil, dəyişiklik edən lider ol

Türkiyə prezidenti Abdullah Gül suriyalı həmkarı Bəşşar Əsədə məktub göndərib. Məktubda Abdullah Gül Bəşər Əsədə ərəb dünyasındakı dəyişikliyə əngəl olan deyil, dəyişiklik edən lider olmağı tövsiyə edib. Bu barədə "Trend" Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verib.


Suriyanın bir çox şəhərlərində ordu ilə prezident Bəşər Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 1000-dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100-dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali deyil, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriyada baş verən hadisələrə etiraz olaraq Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Avqustun 9-da Suriyaya səfər edən Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu açıqlamasında ölkəsinin Suriyadakı vəziyyəti diqqətlə izlədiyini və bu ərəb dövlətində yaxın zamanda siyasi islahatların aparılacağına ümid etdiyini bildirib.






13 Avqust, 2011  14:57 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner