Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ELMİRA SÜLEYMANOVA BELÇİKA SƏFİRİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Belçikanın ölkəmizdəki səfiri cənab Luc Truyensi onun xahişi ilə qəbul edib

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləyib və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib. O, Avropa Şurasının və Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində Ombudsman təsisatının fəal iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləyib. 

Müvəkkil fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığa da önəm verdiyini bildirmiş, rəhbərlik etdiyi təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar institutlarının, həmçinin Asiya Ombudsmanlar Assosiasiyasının üzvü olduğunu qeyd edib.

E. Süleymanova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini bildirib. Ombudsmana verilən yeni funksiyalarla əlaqədar olaraq təsisatın strukturunda dəyişikliklər aparılacağı nəzərə çatdırılıb.

Səfir L. Truyens Azərbaycan Ombudsmanı ilə görüşün mühüm əhəmiyyət kəsb etdiyini, Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib. Səfir səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkür edib, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, onun böyük nüfuza və təcrübəyə malik olduğunu qeyd edib, gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib.






13 Avqust, 2011  00:42 Baxılıb: 932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner