Rəsmilər partlayişin terror hücumu olduğunu düşünür
İrandan Türkiyənin Ərzurum vilayətinə gedən qaz kəmərində naməlum səbəblərdən partlayış baş verib. Ağrı vilayətinin Çamurlu kəndi ərazisində baş vermiş partlayış güclü yanğına səbəb olub.
Alov 60 metrədək yüksəlib. Hadisədən dərhal sonra kəmərə qazın ötürülməsi dayandırılıb. Rəsmilər partlayişin terror hücumu olduğunu şübhə edir.
Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyənin ikinci ən böyük təbii qaz təminatçısıdır. Hər il İrandan Türkiyəyə 10 milyard kubmetrədək qaz nəql olunur. Ötən ay baş vermiş partlayış nəticəsində İrandan Türkiyəyə qazın nəqli qısa müddətə dayandırılmışdı.