Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"SURİYA BARƏDƏ MƏLUMATLAR YALANDIR"

Əhməd Davutoğlu: "Tankların Hamaya girməsi ilə bağlı heç bir dəlil yoxdur"

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu, Suriyadan qayıtdıqdan sonra tankların yenidən Hamaya girməsi barədə heç bir sübutun olmadığını bildirib. Bununla bağlı Suriyada olan Türkiyə səfirliyinə hadisələrin izləməsi ilə bağlı tapşırıq verdiyini qeyd edib. Davutoğlu bu sözləri, Pakistanın xarici işlər naziri Hina Rabbani Kar ilə birgə təşkil etdiyi ortaq mətbuat konfransında söyləyib. Tankların Hamaya geri dönüb-dönmədiyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Davutoğlu, hadisələrin izlənilməsini Suriyadakı səfirliklərinə tapşırdığını qeyd edib.

Bundan əlavə Davutoğlu çıxışı zamanı bunları bildirib:

"Dünən Türkiyə telekanallarında tankların yenidən Hamaya dönməsi ilə bağlı məlumatlar verilib. Bundan sonra məsələ ilə bağlı Suriyadakı səfirliyimizlə əlaqə saxladım. Zəngimdən sonra səfirimiz Hama qubernatoru ilə əlaqə saxlayıb. Qubernator hazırda Hamaya tankların girməsi ilə bağlı yayılan məlumatların yalan olduğunu söyləyib.
Mən telekanallarının rəhbərliklər ilə görüşmüşəm. Onlardan soruşanda ki, sizin yaydığınız məlumatla bağlı əlinizdə hər hansı bir video və ya foto sübut varmı? Onlar bu xəbərləri şifahi sübutları uyğun olaraq verdiklərini bildirdilər. Hörmətli səfirimizə məsələni daima nəzarətdə saxlamasına dair göstəriş vermişəm. Ən əhəmiyyətli olan budur ki, bu şəhərlər beynəlxalq mətbuat üçün açıq olsun. Əgər açıq olsa bu xəbərlərin dəqiqliyi daha tez əldə olunacaq.”






12 Avqust, 2011  20:27 Baxılıb: 960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner