Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazirlər Qəbələ RLS-ni müzakirə ediblər

Ya qiymətlər artırılacaq, ya da RLS modernləşdiriləcək

Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasında görüş olub. Simsar.az-ın Rusiya Müdafiə Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazirlər ikitərəfli hərbi əməkdaşlığın aktual mövzularını və Qəbələ radiolokasiya stansiyasının istifadəsi perspektivlərini müzakirə ediblər. Danışıqlarda əsas diqqət Qəbələ RLS-in gələcək fəaliyyətinə ayrılıb. 

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iyulun 24-25-də Azərbaycanda səfərdə olub. O, keçirdiyi görüşlərdə Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar aparıb. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Bakıda keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verən Anatoli Serdyukov bildirib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının gələcəkdə istismarına dair təkliflər hazırlayıb: “Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var. Yaxın günlər ərzində işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək və qrup iki həftə ərzində stansiyanın istismarının davam etdirilməsinə dair texniki məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcəklər”.

Müdafiə naziri həmçinin bildirib ki, Rusiya tərəfi Azərbaycana Silahlı Qüvvələr üçün kadr hazırlanması kvotasını artırmağı təklif edib. Anatoli Serdyukov səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, daha sonra Qəbələ radiolokasiya stansiyasına baş çəkib.






12 Avqust, 2011  15:53 Baxılıb: 610 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31



sagbanner