Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Artur Rəsizadə 40 işçini birdən çıxardı

Onların əksəriyyətinin yaşı 65-dən yuxarıdı

Nazirlər Kabinetində keçirilən müşavirədən sonra yaşı 65-i ötmüş 40 nəfər işdən çıxarılıb. Bunların arasında 5 şöbə müdiri də var. Bu barədə “Yeni Müsavat”a Nazirlər Kabinetindəki mənbə xəbər verib.

Mənbə bildirir ki, bu addım “Dövlət qulluğu haqqında” qanuna istinadən atılıb. Qanunda nəzərdə tutulur ki, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Yada salaq ki, Nazirlər Kabinetinə rəhbərlik edənlərin yaşı 65-i çoxdan haqlayıb. Baş nazir Artur Rəsizadənin 76 (təvəllüdü 1935-ci il), onun I müavini Yaqub Eyyubovun 66 (1945), müavinləri Elçin Əfəndiyevin 68 (1943), Abid Şərifovun 71 (1940), Əli Həsənovun 67 (1944) yaşı var.
İşdən çıxarılanlara fəaliyyətlərini özəl sektorda davam etdirmək tövsiyə edilib. Həmin 40 əməkdaş uzun illərdir dövlət idarəçiliyində çalışıb və indi onların özəl sektora transformasiyası çətin mümkün olan işlərdəndir. İşdən çıxarılanları qəzəbləndirən ən böyük məqam isə onların daha yaşlı pensiyaçının əmri ilə pensiyaya göndərilməsidir. Onlar bunu böyük haqsızlıq hesab edir.






12 Avqust, 2011  12:12 Baxılıb: 1142 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner