Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ramazanın 11-ci gününün duası

Allah tövbə edənləri... sevir- Quran

Yaşadığımız Ramazanın bir çox xüsusiyyətləri var ki, onlardan biri də tövbə üçün ən gözəl məqamın yetişməsidir. Allahın mərhəmət qapıları daim bəndələrinin üzünə açıqdır, doğru yoldan nə qədər uzaqlaşmasından asılı olmayaraq, hər kəs geri dönüb bu qapıdan daxil ola, tövbə edib bağışlana bilər. Ramazanda bu qapılar bir qədər də geniş açılır. Yeni həyata başlamaq üçün Tanrı gözəl fürsət verir. Allahın Peyğəmbəri buyurub: “Peşmançılıq tövbədir”. Ən azından günahlardan peşman olmaq, dünənə yox “deməyə” özümüzdə qüvvə tapmalıyıq.

Allah orucunuzu qəbul etsin!

Simsar.az-ın məlumatına görə, bu axşam iftar Bakı vaxtı ilə saat 21.03-də, sabah isə imsak saat 5.07-də olacaq. 

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Ramazan ayının 11-ci gününün duası: "Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".

Tərcüməsi: "İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"






12 Avqust, 2011  13:06 Baxılıb: 939 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner