Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İstiqlalçı deputatlar İrana qarşı bəyanat yaydılar

"Bu ölkənin rəsmiləri məsuliyyətsiz açıqlamalar verirlər"

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında İstiqlalçı deputatların toplantısı keçirilib. Modern.az saytının məlumatına görə, toplantıda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilib.
Bu barədə saytımıza istiqlalçı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının Sabir Rüstəmxanlı məlumat verib. O qeyd edib ki, tədbirdə 12 istiqlalçı deputat iştirak edib.

“Azərbaycanda olmayanlar, eyni zamanda bəziləri ilə telefon əlaqəsi yaratdıq. Ümumən tədbirlər planı ilə bağlı həyatda olan istiqlalçı deputatların əksəriyyəti həmrəyliyini bildirdilər və buna dəstək verəcəklərini qeyd etdilər”.

Sabir Rüstəmxanlı bildirib ki, bugünki tədbirdə Məryəm Həsənova, Hacıbaba Əzimov, İsa Qəmbər, İbrahim İbrahimli, Sülhəddin Əkbər, Mətləb Mütəllimli, Mirmahmud Mirəlioğlu və digər istiqlalçı deputatlar iştirak edib.

“Tədbirlər planına bir çox məsələr daxildir. 30 avqustda böyük tədbir, 15 sentyabrda isə Bakının bolşevik-erməni işğalından azad olunması ilə bağlı dəyirmi masa keçiriləcək. Bundan başqa, “PKK-bölgədə demokratiyaya əngəldir” adlı dəyirmi masa keçiriləcək.
43 istiqlalçı deputatla bağlı bukletlər, kitablar dərc oluncaq. Həmçinin 18 oktyabrda “Müstəqilliyin 20 ilik tarixi və problemlər” adlı da təbir keçiriləcək. Sonuncu tədbir elmi-praktik konfrans olacaq”.

İstiqlalçı deputatlar bugünkü toplantıda həmçinin Azərbaycanın dövlət müstəqilliyini təhdid edən İran ordusunun Baş Qərargah rəisi Həsən Firuzabadinin son açıqlamasını da müzakirə edərək bəyanat qəbul ediblər.

Bəyanatda bildirilir ki, «İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin son açıqlaması beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycanın suverənliyinə qarşı yönəlmiş və dövlət məmurlarına yaraşmayan təhlükəli bir Antiazərbaycan təbliğatının davamıdır. Artıq neçənci dəfədir ki, İİR-nın ayrı-ayrı dövlət nümayəndələri və rəsmi informasiya agentlikləri Azərbaycanın ərazi bütövlüyünə şübhə edir, müstəqil ölkənin daxili işlərinə qarışır, tələb və təhdidlərlə çıxış edirlər».

Bu mövqeyi qəti şəkildə pisləyən və İİR məmurlarını belə məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağıran bəyanatda qeyd olunur ki, «Bu cür beynəlxalq hüquq normalarından kənar və məsuliyyətsiz çıxışlar İran-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur, Azərbaycan ictimaiyyətində İran hakimiyyəti haqqında mənfi təsəvvürün formalaşmasına səbəb olur».

İstiqlalçı deputatlar bəyanatda H.Firuzabadinin açıqlamasına Azərbaycan dövlətinin ciddi münasibət bildirməsini tələb edirlər. «İran İslam Respublikasının yüksək rəsmiləri də bu açıqlamaya görə Azərbaycan xalqından üzr istəməli və bu məsələyə aydınlıq gətirməlidirlər. Çünki H.Firuzabadi dövlət məmuru, ordu generalıdır və onun açıqlamasının məsuliyyətini həm də İranın dövlət rəhbərliyi dərk etməlidir» - deyə qeyd olunan bəyanatda tarixən qonşu olan iki xalqın hissləri ilə oynamağın acı nəticələrə səbəb ola biləcəyi İİR rəsmilərinə xatırladılır.






11 Avqust, 2011  21:09 Baxılıb: 1045 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner