Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

KILIÇDAROĞLU OD PÜSKÜRDÜ

“Baş nazir bizə cavab vermək yerinə əvvəlcə naziri ilə öz arasındakı üslub və mövqe fərqini aradan qaldırsın”.

Bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib: “Xarici siyasət strategiyanız əgər ölkənizin yüksək mənfəətləri, davamlılığı və küçədəki insanın rifahı baxımından müsbət dəyər yaratmırsa, deməkbu düzgün deyil. Cəhalətin böyüyü budur. Əgər bu cəhalətdən qaynaqlanmırsa, bunun başqa adı xəyanətdir”. Kılıçdaroğlu qeyd edib ki, cənab Baş nazir səbrimizin sonuna gəldiyini deyir: “Suriya bizim daxili məsələmizdir deyir. Baş nazirin bu sözlərdən bütün dünyanın çıxardığı yeganə bir nəticə var”. Onun sözlərinə görə, Türkiyə Suriyaya müdaxilə etməyi düşünür, hətta müdaxilə edəcək. Bunlar qərb mətbuatında yazılıb: “Hörmətli cənab Baş nazirin bəyanatlarını başqa cür anlamaq da mümkün değil. Cənab nazir Davudoğlu isə Suriyaya müdaxiləni əsla düşünmürük deyir. Ya aralarında fikir uyuşmazlığı var, ya başları qarışıqdır, ya da cənab Baş nazirin sözlərini ciddi qəbul etməməyimiz məqsədəuyğundur”. Xarici işlər naziri Əhməd Davudoğlunun Suriyaya səfərinə də aydınlıq gətirən Kılıçdaroğlu bildirib ki, iqtidar partiyasından olan sözçünün Davudoğlu Şamdan qayıdanda yol xəritəsi çəkəcəyik deyir: “Sizin yol xəritəniz yox ikən bu cür niyə qonşunuzu təhdid edirsiniz? Niyə Türkiyə müharibəyə başlayır, Suriyaya müdaxilə edir imicini yaradırsınız? Hədəfiniz nədir? Bunu niyə Türkiyə Böyük Millət Məclisində digər partiyalarla və ana müxalifətlə müzakirə etmirsiniz?”. Zirvə görüşü keçiriləndən sonra ABŞ-ın səfiri ilə ayrıca onların xəbəri olmadan yenidən görüş təşkil edildiyini söyləyən CHP sədri hətta ABŞ səfirinin bildiyi şeylərdən onların xəbərsiz olduğunu deyib.






11 Avqust, 2011  21:00 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner