Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

RƏSMİ TİFLİS BİR NEÇƏ STRATEJİ MÜƏSSİSƏNİ SATIR

Erməni mətbuatı: Rusiyadan Ermənistana qaz nəql olunan kəmərin idarəçilik hüququ Azərbaycan şirkətləri tərəfindən satın alına bilər

Gürcüstan hökuməti “Şimal-Cənub” magistral qaz borusunun sahibi olan “Gürcüstan neft və qaz korporasiyası”nın səhmlərini beynəlxalq birjalarda satışa çıxarmaq niyyətini açıqlayıb.Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Georqi Xetaquri bildirib ki, bu məsələ hökumətin son iclasında müzakirə edilib və müvafiq qanunvericilik dəyişiklikləri layihəsi bəyənilib.


Xetaquri səhmlərin London, Nyu-York və digər aparıcı birjalarda satışa çıxarılacağı haqda məlumat verib. İlkin dövrdə birjalarda səhmlərin 25 faizinin yerləşdirilməsi nəzərdə tutulur. “Gürcüstanın neft və qaz korporasiyası”ndan savayı səhmləri Qərb birjalarına çıxarılacaq dövlət şirkətləri arasında “Gürcüstan dəmir yolu”, “ Gürcüstan elektrik enerjisi sistemi” və strateji əhəmiyyətli digər şirkətlər də var. Xetaquri deyib ki, ilkin prosesə artıq start verilib: “Biz müvafiq tövsiyələr almaq və səhmləri birjalarda yerləşdirmək məqsədilə qeydiyyata başlamaq üçün sərmayəçi banklarla razılaşmışıq”.


Xetaqurinin bu açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb. Erməni nəşrləri Rusiyadan Ermənistana qaz idxal edilən kəmərin Gürcüstandan keçən hissəsinin taleyinin sual altına düşə biləcəyini yazır. Erməni qəzetləri borunun idarə edilməsi hüququnun Azərbaycan şirkətləri tərəfindən satın alına biləcəyini qeyd edir.






11 Avqust, 2011  19:41 Baxılıb: 1015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner